“Azərbaycan xalqı da, erməni xalqı da bu münaqişədən yorulub”backend

“Azərbaycan xalqı da, erməni xalqı da bu münaqişədən yorulub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə deyib.

Rusiyalı həmsədr İqor Popov isə bildirib ki, səfər zamanı məcburi köçkünlərlə görüş üçün yaxşı imkan yaradılıb: “Rusiya, ABŞ və Fransa prezidentləri məcburi köçkünlərin torpaqlarına qayıtmalı olduğunu qeyd ediblər. Biz bu gün məcburi köçkünlərlə danışmaq imkanı əldə etdik, təəssüratlarımız formalaşdı”.

Amerikalı həmsədr Ceyms Uorlik isə məcburi köçkünlərə yaxşı şərait yaradıldığı üçün Azərbaycan hökumətinə təşəkkür edib: “Masazırda məcburi köçkünlərlə görüşdə bunu gördük. Biz məcburi köçkünlərə söz verdik ki, vasitəçi kimi fəaliyyətimizdə onların doğma torpaqlarına qayıtmalarına yardım göstərəcəyik. Biz inanırıq ki, məcburi köçkünlərin hazırda işğal altında olan torpaqlara qayıtması tezliklə baş verəcək”.

Fransalı həmsədr də məcburi köçkünlərlə görüşdən söz açıb.

Ə. Həsənov isə deyib ki, Ermənistandakı Köçəryan-Sərkisyan rejimi münaqişənin sülh yolu ilə həllinə imkan vermir: \”Çünki onlar bu problemin üzərində hakimiyyətə gəliblər. Azərbaycan xalqı da, erməni xalqı da artıq bu münaqişədən yorulub. Buradan gedən ermənilər də bu münaqişənin nə zaman qurtaracağını gözləyirlər\”.

İnterpress.az