Yeraltı təkanlar bu gün gecə saatlarında qeydə alınıb.
Zəlzələ Bakı vaxtı ilə saat 07:00-da Bərdə rayonunun inzibati mərkəzindən 14 km şimal-qərbdə olub. Təkanlar 25 km dərinlikdə baş verib.
Maqnitudası 4 olan zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.
Xatırlladaq ki, iyun ayı ərzində rayonlarda 6 zəlzələ qeydə alınıb. Təkanlar Şamaxı, İsmayıllı, Şəki rayonlarında baş verib.
İnterpress.az