Ellada Məmmədli: “Formal olaraq bir nəfəri birliyə sədr qoyacaqlar”backend

Ellada Məmmədli: “Formal olaraq bir nəfəri birliyə sədr qoyacaqlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında Müsavat Partiyası Divanının Qadınlar Birliyinin buraxılması haqqında qərarına münasibət bildirən qurumun keçmiş sədri Ellada Məmmədli bildirib.

Ellada Məmmədlinin sözlərinə görə, Qadınlar Birliyinin istefa verən üzvləri əsas güc olub: “Divan dünən qəbul etdiyi qərarla demək istədi ki , seçkili orqanı buraxır. Yəqin Təşkilat Komitəsi yaratmaq istəyirlər. Ona görə də normal olmayan qərar veriblər. Bizim qərarın üstündən 2 Divan iclası keçirilib və Divan ancaq dünən bu məsələyə baxıb”.

Yaradılacaq yeni Qadınlar Birliyinin sədrinə gəlincə, Ellada Məmmədli “Sədr seçkisi uzun iş tələb edir. Amma yəqin ki, formal olaraq bir nəfəri birliyə sədr qoyacaqlar. Ancaq əvvəlki Qadınlar Birliyi artıq olmayacaq, bu, mümkün deyil” deyə vurğulayıb.

Elnarə
İnterpress.az