Ukraynada neft emalı zavodu partladıbackend

Ukraynada neft emalı zavodu partladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə zamanı müəssisənin əməkdaşlarından biri həlak olub. İnsident yerinə xilasedicilər gediblər.

Partlayışa 500 kubmetrlik metanol çəlləyi səbəb olub. Partlayış qaynaq işləri aparılan zaman baş verib. Məlumatda qeyd edilir ki, yerli sakinlərin həyatı üçün təhlükə yaranıb.

İyunun 8-də Kiyev vilayətinin Vasilkovski rayonu, Qlevaxa qəsəbəsindəki neft bazasında da partlayış olub. Bir neçə sutka neft məhsulları olan 17 çən yanıb. İnsident zamanı 5 nəfər həlak olub, 20 nəfər yaralanıb. ( modern.az )

İnterpress.az