19 yaşlı azərbaycanlı qız İŞİD-ə görə evdən qaçıb – FOTObackend

19 yaşlı azərbaycanlı qız İŞİD-ə görə evdən qaçıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gənc qız iyunun 12-də evdən çıxıb və onun İŞİD-ə qoşulmaq üçün Türkiyə yolundan istifadə etdiyi güman edilir.

Məryəm İsmayılovanın atası Mənsur İsmayılovun sözlərinə görə, qızının son zamanlardakı davranışları ona qəribə gəlib: “Mənim 4 qızım var. Yoldaşımdan ayrıldıqdan sonra onları özüm böyütmüşəm. Məryəm uşaqların içində ən sakiti idi. İslam dinini özü öyrənirdi, ancaq tünd rəngli geyimlərə maraq göstərirdi. Onun bacısı da hicablıdır, ancaq o daha çox rəngli paltarlar geyinir. Məryəm isə diqqət cəlb etmək istəmirdi və qara rəngə üstünlük verirdi”.

Mənsur İsmayılov qızının ailə qurmaq üçün kiməsə qoşulub qaçdığını yox, İŞİD-ə qoşulmaq üçün Suriyaya getdiyini güman edir: “O, gizlincə xarici pasport alıb. Pul tolayıb və İstanbula uçub”.

Hazırda polis gənc qızın axtarışı ilə məşğuldur.

19 yaşlı azərbaycanlı qız İŞİD-ə görə evdən qaçıb - FOTO

İnterpress.az