İnterpress.az xəbər verir ki, PKK-nın Kandil dağındakı tanınmış nümayəndələrindən biri olan Duran Kalkan açıqlama ilə çıxış edib.
PKK təmsilçisinin sözlərinə görə, Türkiyədə qanunlar, Konstitusiya və rejim dəyişmədiyi üçün koalisiyaya gedəcəyi təqdirdə HDP “rejim partiyası” olacaq. Öcalanın azad edilməsi tələblərində israrlı olduqlarını deyən Kalkan “Müzakirələrin yenidən başlamasına ehtiyac var. Abdullah Öcalanla bağlı şərtlərin düzəldilməsi lazımdır. O, kürd tərəfinin baş müzakirəçisidir. Özünü ifadə edə bilməsi üçün azad və bərabər şərtlərdə olması lazımdır. Görüşlər ayda 1-3 millət vəkili ilə davam edə bilməz. Öcalan istədiyi hər kəslə görüşə bilməlidir”.
İnterpress.az