Klub Fransa Liqa 1 təmsilçisi \”Lans\”da forma geyinən Alharbi El Jadeyaouinin keçidini həll edib. 29 yaşlı əlcəzairəzilli futbolçu vinger mövqeyində oynayır. Yarımmüdafiənin hər 2 cinahında oynamağı sevir. Karyerası boyunca Fransa klublarında çıxış edən Alharbinin karyerasının ən yaxşı mövsümü sonuncu ili olub. Yüksək dəstədə 26 oyuna çıxan vinger 3 qola da imza atıb.
Bu gün futbolçuyla 2 illik müqavilə bağlanılıb. Alharbi komandamızda 10 nömrəli futbol geyimini daşıyacaq. Müqavilə bağladıqdan sonra Fransa vətəndaşı olan futbolçu klub saytına öz təəssüratlarını paylaşıb: \”Bilirəm ki, \”Qarabağ\” olduqca iddialı və ambisiyaları olan klubdu. Ötən mövsüm Avroliqada \”Qarabağ\”ın \”Sent –Etyen\” və \”İnter\”lə oyunlarını izləmişəm. Yeni komandam baxımlı futbol oynayır. Daim hücumda oynamağı sevir. Ona görə də doğru ünava gəldiyim qənaətindəyəm. Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyir. İlk məqsədim komandaya tez adaptasiya olub meydana çıxmaqdı. Çempionlar Liqasında maksimum uğur qazanmaq əlbəttə xoş olardı. Bunun üçün əlindən gələni edəcəm ki, komandama faydalı olum. Təbii ki, \”Qarabağ\” uğur qazanmaq üçün gəlmişəm\”.
İnterpress.az