O, finalda polşalı Roksana Zasinanı məğlub edib.
Qeyd edək ki, A. Doroqan (53 kq) yarışa 1/8 finaldan qoşulub. İlk döyüşündə türkiyəli Merve Kengerlə üz-üzə gələn idmançımız rəqibini məğlub etməkdə çətinlik çəkməyib – 8:2. O, 1/4 finalda Mersedes Denislə (Macarıstan) üz-üzə gəlib və bu qarşılaşmanı da üstün bitirib – 4:0.
Anjela finala gedən yolda moldovalı Natalya Budunu xalçaya dəvət edib. Güləşçimiz bu dəfə də özünü yaxşı tərəfdən göstərib (7:2).
İnterpress.az