Güləşçilərin yarışına start verilib – CANLIbackend

Güləşçilərin yarışına start verilib – CANLI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yarışın ilk günündə 4 çəki dərəcəsinin qalibləri bəlli olacaq.

57 kq çəkidə Azərbaycanı təmsil edəcək Yaşar Əliyev mübarizəyə 1/8 finaldan başlayacaq. Avropa çempionatının bürünc medalçısı ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqe ilə yarışacaq.

65 kq çəkidə olimpiya çempionu Toğrul Əsgərov ilk mərhələdən yarışa start verəcək. O, 1/8 finala yüksəlmək üçün rusiyalı İlyas Bekbulatovla üz-üzə gələcək.

74 kq çəkidə ikiqat Avropa çempionu Cəbrayıl Həsənov da Əliyev kimi yarışa ikinci mərhələdən qatılacaq. O, 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşəcək.

97 kq çəkidə isə Azərbaycanı Avropa və dünya çempionu Xetaq Qazyumov təmsil edəcək. O, təsnifat mərhələsində Radoslav Baranla (Polşa) qüvvəsini sınayacaq.

Qeyd edək ki, sərbəst güləş üzrə yarışlar sabah da davam edəcək və son 4 çəkinin qalibi bilinəcək.


İnterpress.az