Hadisə şahidlərinin verdiyi məlumata görə, qızı atın quyruğuna bağlayaraq uzun müddət yerlə sürüyüblər. Hadisə nəticəsində qız ölüb.
Cəlilabad rayon polis şöbəsindən və Prokurorluğundan ANS PRESS-ə faktı təsdiqlədilər. Lakin hadisə barədə hələlik ətraflı məlumat verilməyib. Qızın kim tərəfindən atın quyruğuna bağlandığı bilinmir.
Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
İnterpress.az