Bunu İnterpress.az-a keçmiş səfir Arif Məmmədovun Milli Şura ilə münasibətləri barədə suala cavabında qurumun Koordinasiya Mərkəzinin üzvü və
Hüquq Komissiyasının sədri Vidadi Mirkamal bildirib.
Milli Şura üzvünün sözlərinə görə, Arif Məmmədov quruma üzvlüklə bağlı müraciət edərsə baxılacaq: “Bu mübarizədə bizimlə olmaq arzusunda olan hər bir şəxs, o cümlədən də səfir Arif Məmmədov bu quruma üzvlüklə baglı müraciət edə bilər. Milli Şura Azərbaycanda mövcud olan korrupsiya və rüşvətə söykənən, demokratik hüquq və azadlıqların boğulduğu, insanların repressiyaya olundugu avtoritar rejimə qarşı mübarizə aparan və öz sıralarında fədakar, həqiqi müxalifətçilik mövqeyində olan insanları birləşdirən demokratik bir qurumdur..Bu mübarizədə bizimlə olmaq arzusunda olan hər bir şəxs bizə qoşula bilər.\”
Elnarə
İnterpress.az