Bunu İnterpress.az-a Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquqşünas Namizəd Səfərov Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası (AİHM) “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə çıxardığı qərarla bağlı açıqlamasında bildirib.
Hüquqşünasın sözlərinə görə, vaxtında belə iddiaların sayı çox olmalı idi: “Məcburi köçkünlərin yüzlərlə analoji iddiaları ilə AİHM-nə müraciət olunmalı idi. Artıq nəticə var və proses davamlı olmalıdır”.
Xatırladaq ki, Azərbaycanın Laçın rayonunun bir qrup sakini 1992-ci il mayın 17-də zorla evlərindən qovulduqlarını, onların mülkiyyətini ermənilərin ələ keçdiyi bildirərək, 2005-ci ildə AİHM-ə şikayət ərizəsi ilə müraciət etmişdi. Strasburq Məhkəməsi on ildən sonra çıxartdığı qərarında şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib.
Elnarə
İnterpress.az