1. Bəxtsiz ixtiraçı
Franz Reichelt adlı ixtiraçı şəkildə gördüyünüz paraşutvari icadını sınamaq qərarına gəlib, Eyfel Qülləsindən atladıktan sonra həyata gözlərini yumub.
2. Sonsuza uzanan pillələr
Eyfel Qülləsinin başına piyada çıxmaq üçün 1665 pillə dırmaşmaq lazımdır.
3. Planlardaki dəyişiklik
Eyfel Qülləsinin ilk olaraq Parisə deyil, Barcelonada tikilməsi planlaşdırılırdı. İspaniyanın bu layihəni rədd etməsindən sonra təklif Fransaya təqdim edildi.
4. Hitlerin pilləkanla imtahanı
II Dünya müharibəsi əsnasında Hitler Parisi ziyarət etmədən əvvəl fransızlar lifti istifadəyə yararsız hala gətirmişdi. Bunu ona görə etmişdilər ki, Hitler qüllənin təpəsinə çıxmaq istəsə, bütün pillələri tək-tək dırmaşmaq məcburiyyətində qalsın.
5. Radio antenası
Qüllənin 1909-ci ildə sökülməsi planlaşdırılırdı. Lakin radioötürücü olaraq istifadə edilə bilcəyi düşüncəsiylə bu qərardan imtina edildi.
6. Paris sərgisi
Eyfel Qülləsi 1889-ci ildə Paris sərgisi üçün müvəqqəti olaraq inşa edilmişdi.
7. Turist maqniti
Eyfel Qülləsi 2011-ci ildə 6,98 milyon turist cəlb edərək dünyada ən çox ziyarət edilən abidə ünvanını almışdı.
8. Boyu
Təpəsindəki ötürücülər istisna olmaqla, Eyfel Qülləsi ortalama 300 metrlik bir yüksəkliyə malikdir. Ona görə “orta” deyirik ki, Eyfel Qülləsinin boyu istilik dəyişmələrinə bağlı olaraq 15 sm uzanıb-qısalır.
9. Maraqlı eşq
Erika La Tour adlı qadın 2007-ci ildə olduqca qeyri-adi və bir o qədər də axmaq bir qərara imza ataraq Eyfel Qüllesi ile evlənmişdi.
10. İnanılmaz fırıldaqçı
Victor Lustiq adlı şəxs 1925-ci ildə inanılmaz bir şəkildə Eyfel Qülləsini bir dəmir şirkətinə satmağı bacarmışdı. Üstəlik açdığı tender sayəsində bəzi şirkətlərdən rüşvət də almışdı.
İnterpress.az