Nazir həmkarına acıq verdi: “Çörəyə krem şokolad sürtəcəyəm”backend

Nazir həmkarına acıq verdi: “Çörəyə krem şokolad sürtəcəyəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, fransız nazir diqqəti sözügedən məhsulun tərkibindəki palma yağı istehsalı üçün meşələrin yox edildiyinə, bunun da qlobal istiləşməyə gətirib çıxardığına çəkib.

Royalın İtaliyanın simvol məhsullarından kakaolu fındıq kreminə yönəlmiş bu çıxışı sərt reaksiyaya yol açıb.

İtaliyanın ekologiya naziri Gian Luca Galletti fransalı həmkarına \”İtalyan məhsullarını rahat buraxın\” deyə səslənib. İtalyan nazir fransız həmkarına inad üçün axşam yeməyində çörəyinə krem şokolad sürtəcəyini vurğulayıb.

İstehsalçı firma da şərh yayımlayaraq palma yağı ilə əlaqədar ekoloji qayğılardan xəbərdar olduqlarını və bu yağı \”məsuliyyətli bir şəkildə\” istehsal edə bilmək üçün çalışdıqlarını ifadə edib.

Xatırladaq ki, təxminən 3 il əvvəl bir qrup fransız senator palma yağına tətbiq olunan verginin 3 dəfə artırılması ilə bağlı təklif səsləndirib. Bu təklif lazım olan dəstəyi ala bilmədiyi üçün rəsmiləşdirilməyib.

İnterpress.az