İnterpress.az xəbər verir ki, manevr zamanı Polşa ordusuna məxsus hərbi amfibiya maşın batıb. Ekipajda 2 əsgər olub ki, onlar da sahilə qədər üzməyi bacarıblar.
Maşını isə təlimlərdən sonra çıxarmaq qərara alınıb.
Qeyd edək ki, NATO təlimləri artıq 2 həftədir davam edir. Təlimlərdə 17 ölkədən 17 min hərbçi iştirak edir.
İnterpress.az