Avropa Oyunlarını məqsədyönlü əks-təbliğat və siyasi təzyiq obyektinə çevirmək cəhdlərini əsassız adlandıran Valuyev, oyunların açılış mərasimində iştirak etməyən Avropa liderlərinin əsl simalarını göstərdiyini vurğulayıb.
Rusiyalı boksçunun sözlərinə görə, idman siyasətdən kənardır, idmanın siyasiləşdirilməsi və ya siyasi möhtəkirlik obyektinə çevrilməsi isə qəbuledilməzdir: \”Niyə Avropa Oyunlarının açılış mərasiminə qatılmadılar? Həm də ona görə ki, Azərbaycan Rusiya ilə \”düzgün\” əlaqə qurmur. Qərbin qaydalarına görə hərəkət etməyən ölkələrə qarşı siyasi və iqdisadi təzyiq prinsipi tətbiq olunur\” (virtualaz.org).
İnterpress.az