DAK Azərbaycan nümayəndəliyi bəyanat yaydıbackend

DAK Azərbaycan nümayəndəliyi bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikir keçmiş DAK İdarə Heyətinin üzvü Əjdər Tağzadənin DAK-la bağlı səsləndirdiyi açıqlamalara cavab olaraq təşkilatın Azərbaycan nümayəndəliyinin yaydığı bəyanatda yer alıb.

DAK Azərbaycan nümayəndəliyinin bəyanatında Əjdər Tağızadənən fikirlərinin “çirkin açıqlama” olduğu vurğulanıb: “DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı, DAK həmsədirlərinin müşaviri Tənzilə Rüstəmxanlı və DAK Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayevə qarşı böhtan və təhqir dolu müsahibəni şiddətlə qınayır, Tağzadənin hətta insanlıqdan nəsibini almamış bir şəxs olduğunu bəyan edirik. Verdiyi müsahibədə bütün milli maraq və dəyərlərimizi, DAK – ın Bütöv Azərbaycan uğrunda apardığı mübarizəsini tapdalayaraq İran rejimindən daha pis mövqe sərgiləmişdir. Bu azmış kimi, heç bir əxlaq dərəcəsinə sığmayan öz kişilik şərəfini heçə sayaraq mənəviyyatdan kənar açıqlamalar vermişdir. Əjdərin son sərsəmləməsi nəinki onun Güney Azərbaycan üzərindən bu günə qədər apardığı “xaltura” siyasətinin sonunu, eyni zamanda mənəvi kasadlığını və şəxsiyyət olma problemini aydınlığı ilə ortaya qoymuşdur. DAK həmsədri Sabir Rüstəmxanlının, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə xanım Rüstəmxanlının, DAK Azərbaycan nümayəndəliyinin rəhbəri, eyni zamanda BDM sədri İsmayıl Ağayevin Azərbaycan Respublikası və millətimiz qarşısındakı xidmətləri bütün ictimaiyyətimizə bəllidir və bu yolda aparılan mübarizənin qarşısını heç bir böhtan və təhqir ala bilməyəcəkdir. Bütün bunları qeyd edərək DAK Azərbaycan nümayəndəliyi olaraq ictimaiyyətimizi Tağzadənin əməllərini qınamağa çağırırıq”.

İnterpress.az