Avtomobilini küçənin kənarında saxlayıb dükana girən xanım sürücü, az sonra geri qayıdarkən avtomobilinin polislər tərəfindən evakuatora mindirildiyinin şahidi olub. Sürücünün buna etiraz etməsi isə polislərlə qarşıdurmaya səbəb olub.
Əraziyə çağrılan Post-Patrul Xidmətinin əməkdaşları, sürücünün həyat yoldaşını və hadisəni telefonla çəkən bir vətəndaşı polis bölməsinə aparıblar.
Hadisə yeridən \”Azadlıq\” qəzetinə verilən məlumatda görə, polislərin qadın sürücüyə qarşı kobudluğu insanların hiddətinə səbəb olub və onlar buna ciddi etiraz ediblər.
İnterpress.az