İnterpress.az xəbər verir ki, bunu Siciliyadakı Kamarin şəhərində aşkar edilən bir məzarlıqda tapılan qəbirlər sübut edib. Arxeoloqların araşdırması “Popular Archaeology” jurnalında dərc olunub.
Amerikalı arxeoloq Kerri Suloski-Uiverin sözlərinə görə, bizim eradan əvvəl V-III-cü əsrlərə aid məzarlıqda qazıntı işləri aparılıb. Hələlik məzarlıqda 2905 məzar aşkarlanıb. Məzarlardan bəzilərində cəsədlər qəribə üsulla dəfn olunub. Onları sanki torpağa bərkidiblər.
Məzarlardan birində ağır xəstəlikdən vəfat edən şəxsin cəsədi tapılıb. Bütün cəsədin üstünə daşlar düzülüb. Arxeoloqların sözlərinə görə, bu daşlar cəsədin məzardan durmasına mane olub. Qədim yunanlar belə hesab edib ki, həmin şəxsdə pis ruh olub.
Başqa bir məzarda isə 8-13 yaşlı uşaq dəfn olunub. Onun məzarında 5 ağır daş aşkar edilib. Bu da həmin yeniyetmənin özündə pis ruh daşıması iddiası ilə torpağa “bərkidilməsinin” subutudur.
İnterpress.az