İnterpress.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
Mirvari Qəhrəmanlının sözlərinə görə, “Azəriqaz”da, neftayırma zavodlarında ixtisara düşən işçilər işlə təmin olunmamış yeni ixtisarlar dalğası başlayıb: “Belə ki, şirkətin “Neftqaztikinti” trestinin 300 içisinə iyunun 1-dən ixtisara düşmələri ilə əlaqədar bildiriş verilib. İxtisarın səbəbi trestin 7 idarəsinin (5 tikinti quraşdırma idarəsi, anbar təsərrüfatı, dəmir beton zavodu) ləğv olunub, bölməyə çevrilib”.
Qeyd edək ki, bu tresdə ötən il də ixtisar aparılmışdı.
İnterpress.az