Yarışların son günü ağır çəkili taekvondoçular – kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.
Azərbaycan millisi hər 2 çəki dərəcəsində təmsil olunur.
Kişilər arasında +80 kq çəki dərəcəsində Radik İsayev 1/4 finalda Jeron Vanruiju (Hollandiya) 8:6 hesabı ilə məğlub edərək, 1/2 finala vəsiqə qazanıb.
Qadınlar arasında +67 kq çəkidə 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə ukraynalı Marina Koniyeva ilə qarşılaşıb və məğlub olub – 4:10. Koniyeva finala yüksələrsə, Tedeyeva bürünc medal uğrunda çıxışını davam etdirəcək.
Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.
İnterpress.az