1930-cu illərdən bəri ilk dəfə ABŞ-ni tərk edənlərin sayı gələnləri üstələyib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
2025-ci ildə Amerika Birləşmiş Ştatlarından köçənlərin sayı ölkəyə gələnlərin sayını ilk dəfə olaraq keçib. Bu cür tendensiya sonuncu dəfə ötən əsrin 30-cu illərində müşahidə olunmuşdu.
Məlumata görə, amerikalılar artıq daha əlçatan (ucuz) və təhlükəsiz ölkələrə köçməyə üstünlük verirlər ki, bu da dünyada çoxmilyonluq yeni bir Amerika diasporunun yaranmasına səbəb olur.
Nəşr yazır ki, bir çox vətəndaş üçün yeni “Amerika arzusu” artıq ABŞ-də yaşamamaqdır.
İnsanlar ölkə daxilindəki yüksək xərclərdən və təhlükəsizlik problemlərindən qaçmaq üçün fərqli dövlətlərə üz tuturlar.
Xuraman Etibarlı
İnterpress.az






