Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-25 dərəcə isti olacaq.
Sabah bölgələrdə hava şəraitinin əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 34-38, dağlıq və dağətəyi rayonlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
İnterpress.az