Nazir arvadı Obamaya “qara qəhvə” dedi və … qalmaqal başladıbackend

Nazir arvadı Obamaya “qara qəhvə” dedi və … qalmaqal başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, nazir arvadı Cudi Şalom Nir-Mozes sosial şəbəkədəki səhifəsində “Bilirsinizmi, “qəhvə Obama” nədir? Qara və zəif” deyə yazıb. Bundan sonra 75 nəfər onu dərhal rasizmdə günahlandırıb və nazir arvadı yazdığı tviti pozmaq məcburiyyətində qalıb. ABŞ-la münasibətlərə də məsul olan nazirin arvadının bu hərəkətinin iki ölkə arasındakı münasibətlərə ciddi zərər vuracağı ehtimal edilib. Ünvanına səslənən ittihamlardan sonra nazir arvadı izləyicilərdən üzr istəyib. Sonra isə şəxsən Obamadan da üzr istəməli olub: “Cənab Obama, hardasa eşitdiyim bu zarafatı yaymamalı idim. Mənim insanlara münasibətim onların dinindən asılı deyil”.

İsrailin tanınmış jurnalistlərindən biri olan Şalom Nir-Mozes həyat yoldaşının bu qalmaqaldan sonra onu boşamayacağına ümid etdiyini də bildirib: “Ümid edirəm ki, bütün bu törətdiklərimdən sonra da ərdə qalacağam”.

İnterpress.az