Dövlət başçısı R. Veyonisi Latviya prezidenti seçilməsi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev Azərbaycanla Latviya arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
R. Veyonis isə Latviya-Azərbaycan əməkdaşlığının yaxşı səviyyədə olduğunu bildirib, ölkələrimizin iş adamları, müxtəlif nazirliklər və qurumlar arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.
İnterpress.az