Bakıda daha bir polis-sürücü qarşıdurmasıbackend

Bakıda daha bir polis-sürücü qarşıdurması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında Bakı şəhər sakini Eldar Məmmədxanov Eduardoviç deyib. Onun sözlərinə görə, hadisə Bakıda, Leyla Şıxlinskya Klinikasının yaxınlığında baş verib. “Dövlət Yol Polisinə (501) məxsus olan avtomobil arxamızca gələrək “saxla” işarəsini verdi. Həmin vaxt sükan arxasında mən deyildim, sərnişin yerində oturmuşdum, çünki sürücülük hüququndan məhrum edilmişdim. Bu baxımdan avtomobili dostum – Əli Dadaşov Vaqif oğlu idarə edirdi. Onun da sürücülük vəsiqəsi üstündə idi. Həmin vaxt kəməri də taxmışdı. Həm də adi sürətlə gedirdik, heç bir qayda pozuntusu da etməmişdik. Bizə yaxınlaşan polis əməkdaşı özünü təqdim etmədən dedi ki, avtomobil cərimə meydançasına aparılmalıdır. Səbəbini isə izah etmədi. Nəticədə onun idarə etdiyi avtomobilin (501) arxasınca cərimə meydançasına getdik. Sürücünü içəri otağa dəvət edib akt yazdılar. Məni isə içəri buraxmadılar.

Dedim ki, avtomobilin sahibi mənəm. Cavab verdilər ki, biz səni tanımırıq. Dedim ki, “Necə tanımırsınız? Avtomobili saxlayandan bura qədər avtomobilin içində olmuşam”. Dedilər ki, yox, sən heç avtomobildə olmamısan. Cavab verdim ki, “Siz nə danışırsınız? Hər yerdə kamera var, baxın. Siz saxlayanda da avtomobildən düşüb dedim ki, niyə cərimə meydançasına aparırsınız?”. Xeyri olmadı, nəticədə akt yazdılar. Sonda isə dedilər ki, avtomobil mən sürücüyə etibarnamə verdikdən sonra cərimə meydançasından çıxarıla bilər”, – deyə Eldar Məmmədxanov vurğulayıb.

Məsələ münasibət bildirən Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev AzNews.az-a deyib ki, səbəb olmadan heç bir avtomobili cərimə meydançasına aparılmır: “Ancaq konkret situasiya araşdırıldıqdan sonra yekun söz demək olar”.

BDYPİ-nin rəsmisi əlavə edib ki, qanuna əsasən avtomobilin sahibi hətta sürücülük vəsiqəsi olmadan belə avtomobili idarə etmək üçün müvafiq kateqoriyalı istənilən şəxsə verə bilər: “Bu zaman onun özü də avtomobilin içərisində olmalıdır”.

İnterpress.az