Qazaxıstan 20 il sonra ÜTT-yə üzv oldubackend

Qazaxıstan 20 il sonra ÜTT-yə üzv oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin müraciətində deyilir.

İşçi qrupunun son iclası bazar ertəsi Cenevrədə baş tutub.

“Bu gün bizim ticarətimizin 90 faizi ÜTT-yə üzv dövlətlərin payına düşür. Ona görə də, müvafiq qərar bizim üçün çox vacibdir. Qazaxıstan həm xarici, həm də yerli investorlar üçün cəlbedici olur. Biz yeni məhsullar və iş yerləri yaratmaq üçün imkan əldə edirik”, -deyə müraciətdə bildirilib.

Nazarbayev əlavə edib ki, Qazaxıstan ÜTT-nin 162-ci üzvü olacaq.

“Dünyanın bütün iri iqtisadçıları Qazaxıstanı beynəlxalq hüquq normalarına uyğun ticarət siyasəti aparan əlverişli investisiya imkanına malik ölkə kimi tanıyıblar”, -deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, Qazaxıstan ÜTT-yə üzv olmaq üçün 1996-cı il yanvarın 29-da ərizə verib.

İnterpress.az