Avtomobillə vurulan 3 yaşlı oğlan ölübbackend

Avtomobillə vurulan 3 yaşlı oğlan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə iyunun 22-də axşam saatlarında rayonun Qazma kəndi ərazisində qeydə alınıb. Qazma kənd sakini, 1985-ci il təvəllüdlü Sənan Rəfael oğlu Hətəmov idarə etdiyi “VAZ 2106” markalı, 34 BB 901 dövlət nömrə nişanlı avtomobillə kənd ərazisində hərəkətdə olarkən, yaşadığı evin həyət qapısını qəfildən açaraq küçəyə çıxan 2012-ci il təvəllüdlü Rəşid Famil oğlu Əliyevi vurub. 3 yaşlı Rəşid Əliyev Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılarkən aldığı ağır bədən xəsarətlərindən yolda ölüb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır. ( apa )

İnterpress.az