İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, iki ölkənin xarici siyasət idarəsinin nümayəndələri İtaliyada gizli görüş keçirib. Görüşün təfərrüatları açıqlanmır.
Görüşdə Türkiyə Xarici İşlər Nazirliyinin məsləhətçisi Feridun Sinirlioğlu və İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Dore Gold iştirak edib.
Bu görüş “Mavi Marmara” gəmisinə basqından sonra iki ölkə arasında pozulan münasibətlərin normallaşması istiqamətində ilk təmas hesab edilir.
İnterpress.az