İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, Rza Zərrab tarixi abidə olan sarayları sökərək özün üçün yeni qaydada dizayn edir.
Sökülməsi qadağan edilən binanı sökdürərək yenidən tikdirən Rza Zərrabın buna görə əlaqədar qurumlar tərəfindən cəzalandırılmadığı da xəbərlərdə yer alır.
Xüsusən Rza Zərrabın Kanlıcadakı villasında qanunsuz olaraq restovrasiya işləri apardığı, üzərinə daha bir mərtəbə əlavə etdiyi bildirilir. Həmçinin Kandillidə satın aldığı villanı da sökərək əvvəlkindən tamamilə fərqli tikdirdiyi bildirilir.
Mədəniyyət və Turizm Nazirliyi məsələ ilə bağlı söylənilənləri dəyərləndirərək tarixi köşklərdə aparılan işlərin qanunlara uyğunluğunun araşdırılmasını tələb edib.
Mütəxəssislər əvvəlcə Rza Zərrabın xanımı Əbru Gündəşlə yaşadığı villaya gedib. Aparılan araşdırma hesabat şəklində nazirliyə təqdim edilib. Zərrabın 25 milyon dollara satın aldığı tarixi köşkün də 1986-cı ildən bəri qorunduğu önə sürülüb. Həmçinin bağçadakı ağacların kəsildiyi də müəyyən edilib. Bundan sonra tikintinin dayandırılması barədə qərar verilib. Rza Zərrabın 500 min lirəyədək cərimə ödəyəcəyi bildirilir.
İnterpress.az