Maaş qalmaqalı: ““Azİmport”a görə fəhlələr parkda yatır”backend

Maaş qalmaqalı: ““Azİmport”a görə fəhlələr parkda yatır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a şirkətin Bayıl ərazisində abadlıq işləri aparan briqadalarından birinin rəhbəri Elşən Əliyev bildirib.

Elşən Əliyevin sözlərinə görə, SOCAR-ın elan etdiyi tenderdə “Azİmport” qalib gəlib: “Bayılda Şanxay adlanan ərazidə bütün abadlıq işlərini biz aparmışıq. Ancaq 4 aydan artıqdır ki, maaşlarımızı ala bilmirik. Elə işçilər var ki, parkda yatmaq məcburiyyətində qalıb. Əksəriyyəti rayonlardan gələn işçilərdir, hamısının ailəsi, uşaqları var”.

Maaşların az hissəsinin ödənildiyini deyən Elşən Əliyev vurğulayıb ki, SOCAR-a müraciət edildiyində tenderi udan şirkət kimi vəsaitin Azİmportun hesabına köçürüldüyü bildirilib: “Məcbur qalıb borca 30 min manat pul götürmüşəm. İşçilərin hərəsinə bir az pul paylamışam, amma bu problemləri həll etmir. Kimə müraciət edəcəyimiz, hara gedəcəyimizi bilmirik”.

Fəhlələrin müraciət etdiyi Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə bildirib ki, əgər söylənilənlər həqiqətdirsə, şirkətə qarşı cinayət işi qaldırılmalıdır: “Burda vergidən yayınma, işçinin məcburi əməyə cəlb olunması, sosial ödənişlərdən yayınma və s. faktlar ola bilər. Bunlar ciddi araşdırılmalıdır”.

Elnarə
İnterpress.az