Həyəcan: Günəşdə güclü partlayışbackend

Həyəcan: Günəşdə güclü partlayış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iyunun 21-də Günəşin səhtində güclü partlayış baş verib. İyunun 23-dən etibarən isə partlayış nəticəsində yaranan maqnit dalgaları yerə çatıb.

Amerikalı mütəxəssislərin açıqlamasına görə, bu hadisə 2005-ci ilin sentyabr ayından sonra müşahidə edilən ən şiddətli partlayışdır.

Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə isə, Günəşdəki partlayışların yaratdığı maqnit qasırğası ürək xəstəliyi, yaxud yüksək qan təzyiqindən əziyyət çəkən insanlara müəyyən təsir göstərə bilər. Eyni zamanda bəzi cihazların işləməsində də problemlər mümkündür.

Elnarə
İnterpress.az