“Titanik”in bəstəkarı təyyarə qəzasında öldübackend

“Titanik”in bəstəkarı təyyarə qəzasında öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza Santa-Barbara şəhəri yaxınlığında baş verib. C. Hornerə məxsus kiçik təyyarə qəzaya uğrayıb.

Faktı Ceyms Hornerin köməkçisi də təsdiqləyib. Təyyarə qəzasının səbəbi hələlik bəlli deyil.

Qeyd edək ki, 61 yaşlı C. Horner “Titanik” və “Avatar” filmlərindən başqa “Cəsur ürək”, “Troya” və digər məşhur filmlərin də bəstəkarı olub. Bəstəkar 1998-ci ildə “Titanik” filminə görə iki nominasiya üzrə “Oskar” mükafatına layiq görülüb.

İnterpress.az