Arif Hacılı mətbuat konfransı keçirirbackend

Arif Hacılı mətbuat konfransı keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arif Haclılı Avropa Birliyinin dəvəti ilə gerçəkləşən səfərinin səmərəli olduğunu bildiriib.

Müsavat başqanı həmin tədbirin Avropa Parlamentinin zalında keçirildiyini, özünün də xüsusi məıruzə ilə çıxış etdiyini və eyni zamanda Dağlıq Qarabağ problemi ilə bağlı məlumat verdiyini vurğulayıb:

\”Çıxışımda bildirdim ki, Dağlıq Qarabağ problemi Rusiya tərəfindən süni surətdə yaradılmış problemdir. Eyni zamanda, qeyd etdim ki, Rusiya bununla həm də Azərbaycanın Avropaya inteqrasiyasının və demokratikləşməsinin qarşısını almaq məqsədi güdür\”.

Daha sonra Azərbaycandakı proseslərə də münasibət bildirən Arif Hacılı deyib ki, əfv fərmanının verilməsi hələ də gec deyil. Onun fikrincə, 26 iyun Ordu Günü münasibəti ilə əfv fərmanı verilsə, bu, indiki siyasi mərhələdə Azərbaycana yönəlik mövqelərə müsbət təsir göstərən amilə çevrilə bilər:

\”Hakimiyyət bu fürsəti əldən verməməlidir\”.

Arif Hacılı Brüsselə səfərində Avropanın müxtəlif şəhərlərində yaşayan müsavatçılarla da görüşdüyünü bildirib.

O, qeyd edib ki, Müsavat üzvlərinin Avropada koordinasiyalı şəkildə təşkilatlanması onu sevindirib: \”Bütün demokratik institutların uğuru həm də Müsavatın uğurudur. Uğursuzluğu isə həm də bizim uğursuzluğumuzdur\”.

A.Hacılı saxta vəsiqə məsələsi barədə suala isə belə cavab verib: \”Saxta vəsiqə məsələsini biz özümüz aşkarlamışıq və bunun bizə qarşı olduğunu bəyan edib, ictimailəşdirmişik.

Görünür, bu məsələlərdən bəziləri narahat oldular və bizim üzərimizə hücuma keçdilər. Müsavata qarşı təbliğat apardılar. Biz bunların cavabını vermişik. Ancaq məsələ hüquqi müstəvidə həll olunmalıdır. Biz məhkəmələrə müraciət edəcəyik\”. ( musavat.com )

İnterpress.az