Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, təmir işləri zamanı mövcud olan yolun deformasiyaya uğramış hərəkət hissəsinin köhnə asfalt-beton örtüyünün aşınma qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır. Yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanan yolun hərəkət hissəsində asfaltlanma işləri görülür.
Sözü gedən yolun orta təmir işləri təqribən 6 kilometrlik ərazidə aparılır. Ümumilikdə 45 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Balaxanı yolunda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri sutkanın qaranlıq saatlarında aparılır. Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
İnterpress.az