Bunu İnterpress.az-a Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal bildirib.
Onun sözlərinə görə, iclasda daha əvvəl qəbul edilən qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə ediləcək.
Bir müddətdir ki, ara verilən etiraz aksiyalarına gəlincə, Milli Şura mitinqləri gündəmdə saxlayır: “Kütləvi aksiyalar həmişə gündəmdədir. Son dövrlərdə kütləvi aksiya keçirən qurum yalnız Milli Şuradır. Zərurət olduqca bu aksiyalar keçiriləcək”.
Vidadi Mirkamal növbəti iclasda Avropa Oyunlarından sonra kütləvi aksiyaların keçirilməsi məsələsinin müzakirə edilcəyini də istisna etməyib.
O ki qaldı Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun ABŞ mətbuatına verdiyi qalmaqallı müsahibəyə, qurumda bu məsələ müzakirə edilməyəcək: “İnsanları şəxsi fikirlərini bildirməyə görə mühakimə edə bilmərik”.
Elnarə
İnterpress.az