İrəvanda etirazçılar piket keçirirbackend

İrəvanda etirazçılar piket keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hazırda etirazçılar Ermənistan Yazıçılar İttifaqının binası qarşısında toplaşıblar. Polis onlara irəli hərəkət etməyə imkan vermir.

“Novosti Armeniya” agentliyinin məlumatına görə, polis aksiya iştirakçılarının 5 nümayəndəsinə prezident Serj Sarkisyanla görüşməyi təklif edib. Aksiya təşkilatçıları bu təklifi ümumi müzakirəyə çıxarmaq niyyətindədirlər.

Qeyd edək ki, ötən gün də prezident 3-4 etirazçını qəbul etməyə hazır olduğunu bildirmişdi, lakin bu təklif etirazçılar tərəfindən rədd edilmişdir. Polis etirazçıları dağılışmağa çağırır.

Hazırda etirazçılar polislə özləri arasında zibil qutularından sədd yaradaraq onları döyəcləyirlər.

İnterpress.az