Rusiya “rəngli inqilabları” araşdırırbackend

Rusiya “rəngli inqilabları” araşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə sifariş Müdafiə Nazirliyindən verilib.

Tədqiqatda hərbi mütəxəssislərin, eləcə də Şimali Qafqazda antiterror əməliyyatlarında iştirak edən hərbçilərin təcrübəsindən istifadə olunacaq.

Rusiyalı mütəxəssislərin fikrincə, “rəngli inqilab”lar hərbi mübarizə forması alır və buna görə də geniş araşdırmaya ehtiyacı var.

Araşdırmada həmçinin Qərb ölkələrinin başqa ölkələrin daxilində onların tarix və ənənəsini nəzərə almadan bəzi tədbirlər həyata keçirməyə çalışması cəhdlərinə də yer ayrılacaq. Rusiya Müdafiə Nazirliyində belə hesab edirlər ki, bu, ölkələrdə qeyri-sabitliyə şərait yaradır.

İnterpress.az