Sumqayıtda 2 tondan çox yarasız kolbasa və ət aşkarlanıbbackend

Sumqayıtda 2 tondan çox yarasız kolbasa və ət aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qurumun Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt ərazi idarəsi tərəfindən daxil olan məlumat əsasında Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən, Kamil Səfərəliyevə məxsus anbarda yoxlama aparılıb.

Araşdırma zamanı məlum olub ki, adı çəkilən vətəndaş yararlılıq müddəti ötən, istehlaka yararsız, üzünü kif örtmüş kolbasa və ət məhsullarını alır, məhsulların üzərindəki kifi təmizləyərək, həmçinin istehsal və son istifadə tarixini pozaraq məhsulları yenidən Sumqayıt şəhərində yerləşən bəzi ictimai iaşə müəssisələrinə və şadlıq saraylarına satır. Yoxlama zamanı anbarda 2085 kiloqram yararlılıq müddəti başa çatan, istehlaka yararsız kolbasa və ət məhsulları aşkar edilib.

İstehlaka yararsız kolbasa və ət məhsullarının satışının və realizasiyasının dayandırılması barədə vətəndaşa tələbnamə verilib və məhsullardan nümunə götürülərək laboratoriyaya təqdim olunub.

İnterpress.az