İnterpress.az xəbər verir ki, partlayışı səfirliyin qarşısındakı avtomobildəki kamikadze törədib. Daha sonra isə hadisə yerində atışma başlayıb.
Məlumatlara görə, hücum həmin an səfirlikdə görüş keçirən Səudiyyə Ərəbistanından olan diplomatlara yönəlib. 7 nəfərin yaralandığı barədə məlumatlar var. Səfirin özü isə hadisə yerindən sağ çıxarılıb. Polis yaralananlardan 3-nün dünyasını dəyişdiyinə və ölənlərin mülki şəxslər olduğuna dair açıqlama yayıb. Hadisəyə görə məsuliyyəti “Əş-Şabab” qruplaşması üzərinə götürüb.
İnterpress.az