İŞİD kralları hədələdibackend

İŞİD kralları hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terror qruplaşması bununla bağlı internetdə səsli mesaj yayıb.

İŞİD-in sözçüsü Əbu Məhəmməd Adnani \”Kafirlər üçün faciə zamanı gəlib\” ifadəsini istifadə edib.

Səsli mesajda bildirilib ki, Ramazan ayında xristianların, şiələrin və ABŞ-ın liderliyi altında olan koalisiya ilə birlikdə çalışan sünnilərə qarşı hücumları artırılması vacibdir.

Adnani eyni zamanda Ərəbistan yarımadasında yaşayan ərəblərə də çağırış edib. “Tiran liderlərinizə qarşı ayağa qalxın”,- deyə çağırışda vurğulanıb. Beləliklə, İŞİD Səudiyyə Ərəbistanı, İordaniya, Yəmən, Katar, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman krallıqlarını hədəfə götürüb.

İnterpress.az