Netanyahunun Ərdoğandan üzr istədiyi məşhur səhnə – FOTObackend

Netanyahunun Ərdoğandan üzr istədiyi məşhur səhnə – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, keçmiş səfir kitabında İsrailin baş naziri Netanyahunun Türkiyənin o zamankı baş naziri Ərdoğandan üzr istəməsi səhnəsini təsvir edib.

2009-2013-cü illərdə ABŞ-da səfir olan Oren “Qırmızı Mərmərə” gəmisi ilə bağlı iki ölkə arasında yaranan böhranın aradan qaldırılmasındakı təmaslarda yaxından iştirak edib. Səfirin yazdığına görə, o zaman ABŞ-ın xarici işlər naziri olan Hillari Klinton münasibətlərin normallaşdırılması üçün Netanyahuya təzyiq göstərib. Klinton bildirib ki, Türkiyə ikə münasibətlərin normallaşdırılması prezident Obama üçün də önəmlidir.

Bundan sonra Netanyahu Ərdoğandan üzr istəmək təklifi ilə razılaşıb. Kitabda məşhur üzr səhnəsinin təsvir edildiyi fotoya da yer verilib. Netanyahu üzr istəyərkən yanında Barak Obama da olub.

“Obama və Netanyahu üz-üzə oturdular. Aralarında kiçik bir masa və telefon var idi. Obama Ərdoğana “Dostum Rəcəb” deyə müraciət etdi… Obama və Netanyahu telefonu bağladı, hər kəs ayaqlarını uzatdı və sevinməyə başladı. Əllə görüşdülər, sevindilər” deyə keçmiş səfir yazıb.

Netanyahunun Ərdoğandan üzr istədiyi məşhur səhnə - FOTO

İnterpress.az