İsveçdə yemək bankı yaradılırbackend

İsveçdə yemək bankı yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yeni layihə Stokholmun sosial sferasını yaxşılaşdırmağa və az təminatlı paytaxt sakinlərinə dəstək göstərmək məqsədilə yaradılır.

Yemək bankı və ya \”sosial supermarket\” kimi adlandırılan bu mağazalarda bütün mallar aşağı qiymətlərə satışa çıxarılacaq. Bu satış obyektlərindən daha çox İsveçin kasıb sakinləri alış-veriş edəcək.

\”Stokholmun şəhər missiyası\” adlı xeyriyyə təşkilatının idea müəllifi olduğu layihə ölkədə böyük marağa səbəb olub. \”Sosial supermarket\”lərə daha çox istifadə müddətinin bitməsinə az qalmış məhsullar qəbul olunacaq. Mağazalarda həmin məhsullar çox ucuz qiymətə kasıblara təklif olunacaq. Mağazalara hətta satılmayan və ticarət obyektlərinə lazım olmayan mallar da gətiriləcək.

Qeyd edək ki, yemək bankına xarab olmuş məhsullar gətirilməyəcək. Bu yeni layihə İsveçdə kasıb sakinlərə dəstək olmaq üçün unikal imkan yaradacaq.

İnterpress.az