Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoydu.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxdı.
Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi.
Sonra dövlətimizin başçısı şəxsi heyətlə görüşdü.
Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlətimizin başçısına raport verdi.
Prezident İlham Əliyev əsgərləri salamladı.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söylədi.
Sonra dövlət başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış oldu.
İnterpress.az