İŞİD gizlincə Kobaniyə daxil olubbackend

İŞİD gizlincə Kobaniyə daxil olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Suriya İnsan Hüquqları Müşahidə Təşkilatı yayıb.

Məlumata görə, döyüşçülər gizli yollarla Kobaniyə daxil olublar. Ancaq onlardan birinin törətdiyi partlayış nəticəsində azı 5 nəfər ölüb. Daha sonra silahlıların Kobaninin mərkəzində atışma törətdiyi bildirilir.

Küçələrdə cəsədlərin olduğu xəbər verilir. “Reuters” həkimlərə istinadən azı 12 nəfərin öldüyü, 70 nəfərin yaralandığı barədə xəbər yayıb.

Xatırladaq ki, Kobani Türkiyə-Suriya sərhədində yerləşir.

İnterpress.az