Bu barədə məlumatı İnterpress.az-a maaşlarını ala bilməyən fəhlələrin briqadiri Elşən Əliyev verib.
Elşən Əliyevin sözlərinə görə, fəhlələrin nümayəndəsi SOCAR-a dəvət edilib: “Hazırda SOCAR-da görüş keçirilir. Nəticənin necə olacağını bu gün axşam saatlarında bizə bildirəcəklər”.
Qeyd edək ki, fəhlələr Bayıl ərazisində abadlıq işləri ilə məşğul olublar. Abadlıq işlərinin aparılması ilə bağlı SOCAR-ın elan etdiyi tenderi “Azİmport” şirkəti udub. Ancaq 4 aydır ki, işə cəlb olunan 450-yə yaxın fəhləyə maaşları ödənilmir.
Elnarə
İnterpress.az