İnterpress.az xəbər verir ki, mütəxəssislər aşiq olmağın insan beyninə təsirini araşdırıb. Məlum olub ki, aşıq olmaq beyində bütün diqqətləri bir yerə toplamaq və hətta bağlılığa qədər bütün duyğulara səbəb ola bilir. İnsan aşiq olduğu zaman onun beynini “işğal edən” kimyəvi maddələr bütün vücuda yayılar. Məhz bu səbəbdən insan sevdiyi birini gördüyü zaman həyəcanlanır.
Tanınmış mütəxəssis Helen Fişer öz komandası ilə bərabər aşiq olan və qısa müddət əvvəl tərk edilən insanların beyinlərinin çəkilmiş görüntüləri üzərində araşdrıma aparıb.
Məlum olub ki, sevdiyi şəxsin sadəcə fotosunu görmək insanın dərdini azaltmağa qadirdir. Araşdırma çərçivəsində 700 nəfərə sevgi dolu sözlər və fotolar göstərilib və bədəndə qəribə hiss etdikləri yerləri rəngləmək tapşırılıb. Bir çox insan bütün vücudu rəngləyib. Bir çoxu isə daha çox ürəyi, mədəni və başı rəngləyib.
Bundan başqa sevdiyiniz insanı gördüyünüz an çoxalan adrenalin insanı “ələ verir”. Belə ki, adrenalin ilk növbədə üzə vurur, yanaqlar qızarır.
İnterpress.az