Metroda iş saatları dəyişəcəkbackend

Metroda iş saatları dəyişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda \”Bakı Metropoliteni\” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

O deyib ki, iyunun 12-dən 28-dək metro saat 06:00-dan 01:00-a qədər işləyəcək: \”Lakin Oyunlar bitəndən sonra metro yenidən gecə 00:00-a qədər işləyəcək\”.

Qeyd edək ki, sərnişinlərin çoxluğu nəzərə alınaraq metro xidməti gecə saatlarına qədər uzadılıb. Avropa Oyunlarının açılış günü və ehtimal ki, bağlanış günü də metro qatarları səhərə qədər xidmət göstərəcək. Belə ki, stadiona yaxın olan “Koroğlu” stansiyasına sərnişin axını olur.

Əlavə edək ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı şəhərdaxili avtobuslar da saat 05:00-dan 01:00-a qədər işləyir. ( report.az )

İnterpress.az