Sabir Rüstəmxanlı Məhəmməd Hadidən yazdı: “Şair və şər” – FOTObackend

Sabir Rüstəmxanlı Məhəmməd Hadidən yazdı: “Şair və şər” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın ədəbi, ictimai fikrində şeir, publisistika, nəsr kitabları və yorulmaz milli fəaliyyəti ilə silinməz iz qoymuş Sabir Rüstəmxanlı bu əsərini böyük millət şairi Məhəmməd Hadinin faciəli həyatına həsr edib.

Şərti olaraq roman-esse də adlandırıla biləcək əsər Xalq şairinin \”Xətai yurdu\”, \”Göy Tanrı\”, \”Ölüm zirvəsi\”, \”Qorxu\”, \”Difai fədailəri\”, \”Sumani\” romanlarından sonra 7-ci irihəcmli nəsr əsəridir.

Son illərdə nəşr olunan şeir və publisistika kitabları ilə yanaşı, bu romanda da xalqın və onun ayrı-ayrı böyük şəxsiyyətlərinin taleyi bütün mürəkkəbliyi ilə bölgədə gedən ziddiyyətli tarixi proseslər müstəvisində göstərilir.

Sabir Rüstəmxanlı Məhəmməd Hadidən yazdı: “Şair və şər” - FOTO

İnterpress.az