Azərbaycanlı iş adamı öldü – “Ayaqqabı kralı”backend

Azərbaycanlı iş adamı öldü – “Ayaqqabı kralı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Azərbaycanlıları Konqresinin yaradıcılarından biri, 1997-2012-ci illərdə Kiyev Radasının üzvü və parlamentin iqtisadiyyat komissiyasının sədri olmuş 63 yaşlı Vilayət Quliyev ağır xəstəlikdən dünyasını dəyişib.

V.Quliyev dünən anadan olduğu Salyan şəhərində dəfn olunub.

V.Quliyev Ukraynanın ən böyük ayaqqabı istehsalçılarından biri idi. Onun yaratdığı “VİLKAS” şirkəti Ukraynada ayaqqabı istehsalında xüsusi paya malik olub. Minlərlə işçisi olan bu şirkətin məhsulları tezliklə Avropaya ixrac olunub və orada özünə bazar tapıb. Bundan sonra V.Quliyev İtaliyada da biznes qurub, italyan biznesmenlərlə birgə müəssisələr yaradıb. 2000-ci illərin əvvəlləri onun biznesinin çiçəklənmə dövrü idi. İxtisasca texnoloq olan V.Quliyev həmin vaxt daha çox İtaliyada yaşayıb. Bir neçə dildə (rus, Ukrayna, italyan, ingilis) sərbəst danışan azərbaycanlı iş adamı “ayaqqabı kralı” kimi tanınırdı.

Daha sonra isə V.Quliyevin biznesi çökməyə başlayıb. Mərhumun qardaşı Bayram Quliyevin virtualaz.org saytına dediyinə görə, Ukrayna-Rusiya münasibətləri kəskinləşəndən sonra Vilayət Quliyev Rusiyadakı bazarını gözlənilmədən itirərək müflis olub. O, biznesini 2005-ci ildən etibarən Rusiya bazarı üzərində qurubmuş. ( virtualaz.org )

İnterpress.az